https://news.day.az/azerinews/949294.html Sürücünü qayda pozduğuna görə saxlayan polis işçisi kameranı gördü: "Qardaş, bu maşın dizeldi?" - VIDEO

Sürücünü qayda pozduğuna görə saxlayan polis işçisi kameranı gördü: "Qardaş, bu maşın dizeldi?" - VIDEO

Azərbaycanca, 10 ноября 2017 12:46 (UTC +04:00) 1 075
Sürücünü qayda pozduğuna görə saxlayan polis işçisi kameranı gördü: "Qardaş, bu maşın dizeldi?"

Day.Az представляет новость на азербайджанском языке

"Şamaxinka" adlanan ərazidə sürücünü saxlayan DYP əməkdaşı onun çəkiliş etdiyini görüb mehriban danışmağa başlayıb.  

Day.Az xəbər verir ki, azxeber.com-a sürücü Kənan Davudzadə tərəfindən göndərilən videoda, DYP əməkdaşı "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında sürücünü saxlayır. O, avtomobilə yaxınlaşaraq sürücüdən sənədlərini istəmək yerinə kameranı görüb fərqli suallar verməyə başlayır.

DYP əməkdaşı, ilk növbədə, sürücüyə avtomobilin markasını, onun dizel, yoxsa benzin olmasını soruşur. DYP əməkdaşı bir neçə saniyyə sonra sürücünü buraxıb. 
 
Qeyd edək ki, sözügedən sürücü bundan öncə də bir neçə dəfə yol polisinin qanun pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşmışdı. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости