Kiçik, dar, siqaret qoxan alqı-satqı ofisi steriotiplərinə meydan oxundu

Azərbaycanın hər tərəfli inkişafı əmlak sahəsinin də inkişafına zəmin yaratmışdır. Bugün təkcə Bakıda çox sayda daşınmaz əmlak agentliyi fəaliyyət göstərdiyi halda bütün köhnə steriotiplərə əlvida deyərək yeli əmlak bazarına yenilik gəldi. Bakımızın mərkəzində, lüks daşınmaz əmlak şirkəti açıldı - "Qaya Real Estate".

Müştərilərə qabaqcıl ölkələrdə göstərilən servisi əsas tutaraq yüksək səviyyəli xidmət göstərməklə digərlərindən fərqlənən bu şirkət Azərbaycanda əmlak sahəsinə irəliləyiş gətirdi. Kiçik, dar, siqaret qoxan alqı-satqı ofisi steriotiplərinə meydan oxudu.

Şirkət 2011-ci il Fevral ayından etibarən fəaliyyətdədir. İlk ofisi A.A. Bakıxanov küçəsi 62E ünvanında yerləşir. Ötən ilin Noyabr ayının 18-i isə ikinci ofis Fəvvarələr Meydanında açıldı.

Qaya Daşınmaz Əmlak şirkəti yerli və xarici əmlak bazarlarında daşınmaz əmlakın alqı, satqı, idarə olunması, kirayə və konsaltinq xidmətləri sahəsində ixtisaslaşmışdır. Şirkət fəaliyyət göstərdiyi müddətdə yüzlərlə müştərinin etimadını doğrultmuş və xidməti ilə seçilmişdir. Həm korporativ, həm də fərdi müştərilərlə işləyən Qaya Daşınmaz Əmlak eksküziv olaraq müxtəlif investorların əmlak portfoliolarının, yaşayış komplekslərinin və qeyri-yaşayış sahələrinin alqı, satqı və icarəsini təşkil edir.

Hazırda şirkət Azərbaycanda və Türkiyədə bir neçə eksklüziv əmlaklar təklif edir. Yerli və xarici əmlak portfoliosunu zənginləşdirməyi özünə məqsəd qoyan şirkət Azərbaycanda daşınmaz əmlak sahəsində yerli brend olmağı hədəfləmişdir.

Qaya Daşınmaz Əmlak şirkəti aşağıdakılar daxil olmaqla müxtəlif əmlak xidmətləri göstərməkdədir:

· Əmlakın bazar dəyərləndirilməsi və qiymətləndirilməsi

· Broker xidmətləri: kommersiya və yaşayış əmlaklarının alqı-satqısı, icarəsi, torpaq sahəsi üzrə məlumat və məsləhət

· Əmlakın idarə edilməsi

· Əmlak üzrə məsləhət

· Məskunlaşma üzrə məsləhət

· Korporativ icarə xidmətləri

· Azərbaycanda və dünyada investisiya üzrə məsləhət

Əlaqə üçün:

Azərbaycan, Bakı, Fəvvarələr Meydanı,

Tərlan Əliyarbəyov küç. 14., Az1000

T : *7292

+994 12 498 17 97

+994 12 498 17 91

M : + 994 55 207 17 90

Azərbaycan, Bakı, A.Bakıxanov küç. 62E, Az 1022

T : +994 12 597 29 42

+ 994 12 597 17 90

M : +994 55 209 17 90

[email protected]

www.qayaemlak.com