Fransanın gizli oyunu

Ermənistan revanşist meyillərini davam etdirməkdədir. Belə ki, Ermənistan Qarabağdan çıxan ordu qalıqlarının üzvlərini təlim üçün Fransaya göndərir. Fransada təlim keçənlərin Ukrayna müharibəsində Rusiyaya qarşı istifadə ediləcəyi bildirilsə də, onlardan gələcəkdə məhz Azərbaycana qarşı revanş məqsədilə istifadə ediləcəyi də istisna edilmir, belə olmayacağına heç kim zəmanət verə bilməz.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Azərbaycanın birgünlük antiterror əməliyyatlarından sonra Ermənistanın Azərbaycan ərazilərində yerləşən qeyri-qanuni silahlı birləşmələri məhv edildi, ölkə ərazisindən qovuldu.

"Ancaq Ermənistanda revanşist meyilli qüvvələr var. İndi aydın olur ki, Ermənistanın ağası Fransa həmin terrorçulara hərbi düşərgələrdə təlim keçir. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan güclü ölkədir və ermənilər bizə hücum edərlərsə, layiqli cavablarını alacaqlar", - deyə o bildirib.

Daha geniş videomüsahibəni təqdim edirik: