Rəqsanə: "Onda heç kim mənə 4 min manat verməz" - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.


"Həyat yoldaşımın məni qısqanmasını xoşlamıram. Sərbəst insanam.

Mən yoldaşım deməkdən çəkinmirəm, çünki "ZAQS"-ımız (VVAQD-red.) var. İstəyənə göstərə də bilərəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri "Onlar"a açıqlamasında müğənni Rəqsanə İsmayılova deyib: "Sevməsəm, oxuya bilmərəm. Mənim üçün sevgi hansısa bir kişidən tutmaq deyil. Qapısını döyüb, kömək etdiyim insanlarlada aramda sevgi olur. Deyə bilmərəm ki, illərlə sənətdə qalacam. 50 yaşımda çıxıb "Leyla" oxumayacam ki... Həyat yoldaşım istəmir mən toylara gedim. Neçə ildir heç şou-proqrama da getmirəm. 10 ildir sənətdəyəm, mənim şou-proqrama qatılmağım ayıbdır. Onda heç kim toy üçün yarım saata mənə 4 min manat verməz".

R.İsmayılova solo konsert verəcəyini də bildirib: "Noyabrda konsert edəcəm. Heç kimin etmədiyini orada mən gerçəkləşdirəcəm. Bütün təşkilatçılıq işlərini Tolikə həvalə edəcəm. Toliklə illər əvvəl birlikdə çalışmışıq. Biz nə pullar qazanmışıq... Son günlər verilən konsertlərin heç birində yenilik görmədim. Hamısı təkrarçılıq idi. Şou yoxdur. "Yaşıl Teatr"dakı konsertimdə saçımın bir tərəfini keçəl etdirdim, səs saldım. Konsertdə canlı oxumaq, səs göstərmək lazımdır. Camaatı fonoqramla aldatmaq olmaz. Heç bu ilin hit mahnısı, klipi də olmadı. Getdim Türkiyədə bir klip çəkdirdim ("Alma məndən gözlərini" - red.), hamı ondan danışdı. İndi birini də çəkdirmişəm. Əsl klip elə o olacaq".



фото