https://news.day.az/tourism/1299230.html ATB daxili turizmin təbliğatı ilə bağlı yeni videoçarx hazırlayıb - VİDEO

ATB daxili turizmin təbliğatı ilə bağlı yeni videoçarx hazırlayıb - VİDEO

Туризм, 17 декабря 2020 15:35 (UTC +04:00) 1 511
ATB daxili turizmin təbliğatı ilə bağlı yeni videoçarx hazırlayıb

Azərbaycan Turizm Bürosu tərəfindən COVID-19 pandemiyasından sonra turizmin təşviği məqsədilə təbliğat videoçarxı hazırlanıb.

Videoçarxın məqsədi daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır.

Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və mədəni turizm obyektləri sadalanır, onların görüntüləri təqdim olunur.

Əsasən yerli auditoriya üçün nəzərdə tutulan təbliğat çarxı xarici turistlər üçün ingilis və rus dillərində subtitrlərlə hazırlanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости