İranda qadınların stadionda futbola baxmasına icazə verilib
Day.Az представляет новость на азербайджанском языке
İran hökuməti qadınların stadionda kişilərlə birgə futbol matçına baxmasına qoyulan qadağanı aradan götürüb.
Milli.Az "Report"a istinadən bildirir ki, qadınlar 1979-cu ildən bu yana ilk dəfə olaraq qanuni şəkildə stadionda futbola baxmaq fürsəti əldə ediblər.
Bu hadisə Tehranda, yerli stadionlardan birində DÇ-2018-in İran-İspaniya oyununun (0:1) canlı yayımının təşkili zamanı baş verib. Lakin bu asanlıqla olmayıb. Əvvəlcə onların stadiona girişinə yenə imkan verilməyib. Ancaq qadın azarkeşlərin oturaq aksiya keçirməsindən sonra, tribunalar onların üzünə açılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре