https://news.day.az/azerinews/1060151.html Amaliya Pənahovanın ölüm xəbərini eşidən xalq artisti: Bu təsadüfdür... Day.Az представляет новость на азербайджанском языке Gecə saatlarında xalq artisti Amaliya Pənahovanın uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişməsi xəbəri sadə vətəndaşlarla yanaşı, sənət camiəsinin nümayəndələrini də sarsıdıb.

Amaliya Pənahovanın ölüm xəbərini eşidən xalq artisti: Bu təsadüfdür...

Azərbaycanca, 8 ноября 2018 13:40 (UTC +04:00) 1 241
Amaliya Pənahovanın ölüm xəbərini eşidən xalq artisti: Bu təsadüfdür...

Day.Az представляет новость на азербайджанском языке

Gecə saatlarında xalq artisti Amaliya Pənahovanın uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişməsi xəbəri sadə vətəndaşlarla yanaşı, sənət camiəsinin nümayəndələrini də sarsıdıb.

Milli.Az xəbər verir ki, xalq artisti Ağadadaş Ağayev "Hər şey daxil"də aktrisanın qəfil ölümü ilə bağlı kədərini dilə gətirib.

A.Ağayev mərhum xalq artisti ilə bağlı xatirələrindən də danışıb:

"Bu təsadüfdür, yoxsa nə, bilmirəm... Məni Azərbaycanımızın tarixi günlərində verilişlərə həmişə Amaliya xanımla bir yerdə çağırardılar.

Bu gün onun adının burada bu cür səslənməsi çox üzücü bir şeydir. Mən Azərbaycan xalqının başı sağ olsun deyirəm. Millətin sevimli sənətkarını itirdik. Amma, sənətkar ölmür. O sənətkar daimyaşar sənətkarlardandır. Amaliya xanım hər zaman bu xalqın yaddaşında qalacaq və sevə-sevə onu yad edəcəklər. Allah doğmalarına səbr versin. Əgər olubsa, Allah o dünyada günahlarını bağışlasın".  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости