https://news.day.az/azerinews/1132671.html Appendisiti əməliyyatsız müalicə etmək mümkündürmü?

Appendisiti əməliyyatsız müalicə etmək mümkündürmü?

Azərbaycanca, 26 июня 2019 21:37 (UTC +04:00) 6 422
Appendisiti əməliyyatsız müalicə etmək mümkündürmü?

Hər il minlərlə insan kəskin appendisitdən əməliyyat olunur. Həkimlər və insanlar artıq bu fikrə öyrəşib ki, appendisit iltihablıdırsa, o kəsilməlidir, müalicə yolu yoxdur. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, 3 ildir ki, Avropa ölkələrinin həkimləri appendisiti antibiotiklə müalicə etməyə cəhd edir və bu yöndə tədqiqatlar aparırlar. 

Bu xəstəliyin əməliyyatsız müalicəsinə nail olmaq, hər il yüz minlərlə insanı cərrahi əməliyyatdan xilas etmək deməkdir. 

Appendisit elə sürətlə inkişaf edir, ağırlaşmalar verir ki, bu zaman həkimin onu müalicə etməyə şansı və vaxtı qalmır.

Hələ ki, absess, yəni irin olmayan appendisitlərdə bəzi həkimlər dərman müalicəsi yazır.

2018-ci ildə Finlandiyada aparılan tədqiqatda 273 pasiyent üzərində əməliyyatsız antibiotiklə müalicə sınanıb. Abses olmayan appendisit diaqnozlu xəstələrdən 60% əməliyyat olunmaqdan xilas olub, üstəlik 5 il ərzində xəstəlik geri qayıtmayıb. 40%-i isə əməliyyat edilib. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости