https://news.day.az/azerinews/1147029.html Sumqayıtda kirayədə qalanı öldürən şəxs saxlanıldı - Cinayətin SƏBƏBİ?

Sumqayıtda kirayədə qalanı öldürən şəxs saxlanıldı - Cinayətin SƏBƏBİ?

Azərbaycanca, 14 августа 2019 12:13 408

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşamış Bislan Bakayevin qəsdən öldürülməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulmuş, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

T.Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости