Azərbaycan Mətbuat Şurası "SOCAR-AQŞ" MMC ilə birlikdə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri  arasında yaradıcılıq müsabiqəsi keçirir. Müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur.

"Əsrin müqaviləsi": Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı; Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir; Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr; Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri.

Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının "Müsabiqənin istiqamətləri" adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.

4 istiqamət üzrə:

I yer                     -                      4 nəfər            -           2000 manat (hər biri)

II yer                    -                      4 nəfər            -           1500 manat (hər biri)

III yer                   -                        4 nəfər           -           1000 manat (hər biri)
 

Həvəsləndirici mükafat -          10 nəfər          -          200 manat (hər biri)
 

Müsabiqəyə 9 avqust 2019-cu il tarixindən 10 sentyabr 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq. Materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 9 avqust 2019-cu il tarixdən 10 sentyabr 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Qalib və mükafatçıların adları 2019-cu il sentyabr ayının 20-dək açıqlanacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumat Mətbuat Şurasının presscouncil.az internet ünvanında yerləşdirilib. 

15 000-dək krediti 15 dəqiqəyə əldə et!