https://news.day.az/azerinews/1149375.html Ən çox qida zəhərlənməsi baş verən məşhur istirahət mərkəzləri

Ən çox qida zəhərlənməsi baş verən məşhur istirahət mərkəzləri

Azərbaycanca, 22 августа 2019 11:32 (UTC +04:00) 6 118
Ən çox qida zəhərlənməsi baş verən məşhur istirahət mərkəzləri

İngiltərə mediası turistlərin ən çox qida zəhərlənməsi hallarının müşahidə olunduğu ən pis istirahət mərkəzlərinin adlarını açıqlayıb.

Day.Az Medicina.az-a istinadla xəbər verir ki, siyahıya Misirin məşhur Hurqad şəhəri başçılıq edir. 

"Sick Holiday" araşdırma şirkətinin və "YorkTest" laboratoriyasının araşdırmalarına görə, 2017-ci ilin əvvəlindən bu yana Hurqadda 380 turist qida zəhərlənməsilə üzləşib. 

Anti-reytinqin növbəti pilləsində Dominikan Respublikasındakı "Punta-Kana" qərarlaşıb. Orada isə 211 nəfər zəhərlənib.

İlk üçlüyə məşhur "Playa-del Karmen" istirahət guşəsinin daxil olduğu Meksikadakı Riviera-Maya sahilləri daxildir. Burada 182 nəfərdə xəstələnmə qeydə alınıb.

İlk onluqda Türkiyənin Antalya, Meksikanın Kankun, Kabo-VerderBoa-Vişta, Sal adaları, Mərakeşin "Marokkan", İspaniyanın "Mayorka" və "Benidorm" istirahət mərkəzləri yer alır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости