Xaçmaz-Xudat yolunda qəza - 5 nəfər xəsarət aldı

Xaçmaz-Xudat yolunda baş verən yol qəzası zamanı 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hazırda yaralıların müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.