https://news.day.az/azerinews/1155348.html Rafet El Romanın keçmiş arvadı döyüldü

Rafet El Romanın keçmiş arvadı döyüldü

Azərbaycanca, 12 сентября 2019 10:01 284

Aktrisa Ceren Kaplakarslan və anası Nuray Deveçi küçənin ortasımda şiddətə məruz qalıb.

Day.Az Axşam.az-a istinadən xəbər verir ki, 6 aylıq hamilə olan Ceren anası ilə birlikdə xəstəxanadan çıxarkən sevgilsi Temel Kankıran onlara yaxınlaşıb. Əlindəki silahı aktrisanın başına dayayaraq ona suallar verib. Cerenin anası müdaxilə edərək qızını maşına mindirmək istəyib. Ancaq bu dəfə də özü şiddətlə üzləşib. Cereni yerə yıxaraq təpikləyən Kankırana ətrafdakı insanlar müdaxilə edib. Hamilə aktrisa və anası təcili yardımla xəstəxanaya aparılıb. Polisə ifadə verən Ceren Temelle 2,5 ildir birlikdə yaşadığını, son 6 aydır isə ayrıldığını deyib.

Kankıran tutularaq həbsxanaya göndərilib.

Qeyd edək ki, aktrisa müğənni Rafet El Romanın keçmiş həyat yoldaşıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости