https://news.day.az/azerinews/1195187.html Bəzi rayonlarda qar yağacaq

Bəzi rayonlarda qar yağacaq

Azərbaycanca, 18 января 2020 13:45 (UTC +04:00) 778
Bəzi rayonlarda qar yağacaq

Yanvarın 19-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli olacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости