https://news.day.az/azerinews/1259069.html Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycanca, 4 августа 2020 10:30 (UTC +04:00) 2 283
Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.

Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar.

F.Heydərov son zamanlar uzun müddət xəstəxanada müalicə olunub. Lakin son günlər vəziyyəti kritik olaraq ağırlaşdığı üçün xəstəxanadan çıxarılaraq evə aparılıb.

Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости