Ermənilərin "Bakıya 4 min raket" yalanı faş edildi

"Qarşıdurma gərginləşərsə, Azərbaycana 4 min raket buraxacağıq və Bakı məhv ediləcək".

Day.Az Milli.az-a istinadən bildirir ki, Ermənistanın "Armenpress" informasiya agentliyinə istinadən belə məlumat yayılır və vurğulanır ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bağıri deyib.

Əfsuslar olsun ki, Azərbaycandaukı bəzi kütləvi informasiya vasitələri də sözügedən "məlumat"ı yayıblar.

"Armenpress" belə informasiya yaymayıb və general Məhəmməd Bağıri də belə absurd açıqlama ilə çıxış etməyib.

Bu feyk-məlumatın mənbəyi Telegram-dakı "SisMasis" kanalıdır ki, o da absurd, marazmatik və uydurma "xəbər"lər, yalanlar yayması ilə ad çıxarıb.

Sözügedən "informasiya" Moskvada taksi sürücüsü işləyən şəxsin idarə etdiyi Telegram kanalından savayı heç bir yerdə yoxdur.