https://news.day.az/azerinews/1392326.html 18 oktyabr iş günüdür? - Dövlət Əmək Müfəttişliyi Xidməti açıqladı

18 oktyabr iş günüdür? - Dövlət Əmək Müfəttişliyi Xidməti açıqladı

Azərbaycanca, 15 октября 2021 23:18 (UTC +04:00) 2 659
18 oktyabr iş günüdür?

Oktyabrın 15-də Milli Məclisdə "Müstəqillik Günü haqqında" qanun layihəsi qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanuna əsasən 28 may - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Day.Az-ın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətindən Trend-ə bildirilib ki, həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости