https://news.day.az/azerinews/1396726.html "Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib

"Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib

Azərbaycanca, 28 октября 2021 01:00 (UTC +04:00) 605
"Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib

"Intel" korporasiyası Intel Innovation adlı konfransda fərdi kompüterlər üçün yeni nəsil prosessorlarını təqdim edib.

Day.Az-ın məlumatına görə, bu barədə şirkətin saytında dərc olunan açıqlamada bildirilib.

Açıqlamada bildirilib: "İntel" 12-ci nəsil "Intel Core" mikroprosessor ailəsindən olan ilk məhsullarını satışı buraxır".

Qeyd olunub ki, fərdi kompüterlər üçün təqdim olunan ilk altı prosessor yeni DDR5 operativ yaddaş modelinə keçəcək və PCIe 5.0 məlumat ötürmə standartını qoşmaq imkanına malik olacaq.

Şirkətdən verilən məlumata görə, yeni "Intel Core" nəsilinə 60 prosessor daxil ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости