Demet Oğuzhanı tərk etdi

Türkiyə maqazin dünyasının ən çox danışılan cütlüyü - aktrisa Demet Özdemir və aktyor Oğuzhan Koç ayrılmaq qərarına gəlib.

Day.Az olay-a istinadən xəbər verir ki, Parisdə sevgilərini təzələyəcəkləri düşünülən cütlük bayramdan sonra münasibətə son qoyub. 

Demet Koçla olan bütün şəkillərini silib.

İlk addımı Özdemir edib. Sevgilisi ilə birlikdə bütün kadrlarını silən aktrisa Koçu həyatından çıxarıb.

Demetin gedişini cavabsız qoymayan Oğuzhan birlikdə çəkdirdikləri fotoları da sosial media hesabından götürüb.

Digər tərəfdən yaxınlarına "Bu dəfə bitdi, geriyə dönüş yoxdur",- deyən cütlük sosial mediada bir-birini izləməyə davam edir.