https://news.day.az/azerinews/1428710.html Azad edilmiş ərazilərə avtobus səfərləri üçün yaradılan portal işə düşüb - FOTO Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan yolumuzqarabaga.az portalı bu gündən işə düşüb. Trend xəbər verir ki, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb.

Azad edilmiş ərazilərə avtobus səfərləri üçün yaradılan portal işə düşüb - FOTO

Azərbaycanca, 21 января 2022 13:12 (UTC +04:00) 715
Azad edilmiş ərazilərə avtobus səfərləri üçün yaradılan portal işə düşüb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan yolumuzqarabaga.az portalı bu gündən işə düşüb.

Trend xəbər verir ki, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb.

18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri "Yolumuz Qarabağa" portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

  • Azad edilmiş ərazilərə avtobus səfərləri üçün yaradılan portal işə düşüb
  • Azad edilmiş ərazilərə avtobus səfərləri üçün yaradılan portal işə düşüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости