https://news.day.az/azerinews/1462637.html Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru: “AQTİ-də dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur” - FOTO

Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru: “AQTİ-də dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur” - FOTO

Azərbaycanca, 17 мая 2022 19:23 (UTC +04:00) 1 704
Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru: “AQTİ-də dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur”

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur.

Bunu Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Tomas Kikincer Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.

O bildirib ki, AQTİ-də qurulan laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir: "Mən Avstriyanın Qida Təhlükəsizliyi Agentliyini təmsil edirəm və deyə bilərəm ki, gördüyüm bu laboratoriyada ən qabaqcıl metodlardan istifadə olunur. Biz də Avstriyada eyni metodlardan və avadanlıqlardan istifadə edərək işimizi aparırıq. Bu böyük bir fürsətdir və əlbəttə ki, çox gözəl təəssürat bağışlayır. Məncə burada mükəmməl avadanlıq və metodlardan istifadə olunur".

Tomas Kikincer qeyd edib ki, belə laboratoriyaların fəaliyyəti ölkədə qida təhlükəsizliyinin təmin edilməsində böyük önəm daşıyır: "Ümidvaram ki, gələcəkdə biz sıx şəkildə birgə işləyə bilərik. Nəzərə alsaq ki, bizim apardığımız iş eynidir. Odur ki, laboratoriyaların inkişafı sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyo və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tuturuq".

  • Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru: “AQTİ-də dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur”

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости