DİQQƏT! Sərnişinlərin metrostansiyalara girişinə məhdudiyyət tətbiq edilir

Bu gündən etibarən Bakı metrosunda insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılıb.

Day.Az xəbər verir ki, sıxlıq yarandığı zaman vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılır.

Amma bu yenilik bəzi metrostansiyaların girişində sıxlığın yaranmasına səbəb olub.

Bakının ətraf kənd və qəsəbələrinə ən yaxın metrostansiya "Koroğlu" olduğu üçün şəhərə getmək istəyən sərnişinlərin çoxu burdan istifadə edir. Həmçinin yollarda olan tıxacdan qurtulmaq üçün metro ən yaxşı nəqliyyat vasitəsidir. Ona görə də avtobusla gedilə bilən məkanlara da metro ilə gedilir.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metroya giriş tam məhdudlaşdırılmayıb. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tənzimləmə mexanizmləri həyata keçirilir.

O əlavə edib ki, ən az istifadə olunan "Bakmil" və "Memar Əcəmi" stansiyalarıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: