https://news.day.az/azerinews/1499829.html Minaya düşən Tərtər sakinlərinin ayaqları amputasiya edilib - ANAMA 2022-ci 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən "Üçüncü Sovxoz" adlı təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Minaya düşən Tərtər sakinlərinin ayaqları amputasiya edilib - ANAMA

Azərbaycanca, 1 октября 2022 13:34 (UTC +04:00) 870
Minaya düşən Tərtər sakinlərinin ayaqları amputasiya edilib

2022-ci 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən "Üçüncü Sovxoz" adlı təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Day.Az-a bildirilib ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən ayaqları amputasiya edilib.

Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости