https://news.day.az/azerinews/1550554.html Dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı YENİ XƏBƏR Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması ilə bağlı yeni qaydalar müəyyən edilir. Day.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı YENİ XƏBƏR

Azərbaycanca, 29 марта 2023 12:10 (UTC +04:00) 2 086
Dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı

Azərbaycanda dərman vasitələrinin dövlət qeydiyyatına alınması ilə bağlı yeni qaydalar müəyyən edilir.

Day.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 6.6-cı maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyada qeyd edilir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir.

Hazırda isə eyni maddədə "müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir" kimi qeyd edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости