https://news.day.az/azerinews/1551378.html Qubaya qar yağıb - VİDEO

Qubaya qar yağıb - VİDEO

Azərbaycanca, 31 марта 2023 17:45 (UTC +04:00) 1 758
Qubaya qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 31-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, yağan yağıntının miqdarı Quba, Zaqatalada 3.0 mm olub.

Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 13°-dək isti, dağlıq rayonlarda 1°-dək şaxta, aran rayonlarında 6-9° isti olub.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 1-i axşamadək, yağıntılı hava şəraiti isə aprelin 2-si gündüzədək davam edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости