https://news.day.az/azerinews/1567498.html Saxta iş təklifləri ilə bağlı XƏBƏRDARLIQ Vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə "Trendyol" şirkəti adından sərfəli iş təklifi barədə saxta mesajlar göndərilir. Day.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Saxta iş təklifləri ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanca, 25 мая 2023 15:20 (UTC +04:00) 1 656
Saxta iş təklifləri ilə bağlı

Vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə "Trendyol" şirkəti adından sərfəli iş təklifi barədə saxta mesajlar göndərilir.

Day.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edib.

Qeyd edək ki, "Trendyol" mərkəzi ofisi İstanbulda yerləşən e-ticarət bazarıdır. "Trendyol" 2010-cu ildə geyim məhsulları üçün alış-veriş saytı kimi yaradılıb. Böyüməsi ilə paralel olaraq təklif etdiyi məhsul və xidmətləri genişləndirərək bazar formatına çevrilən saytda moda, elektronika, ev və mebel, qida, ana-uşaq, kosmetika kimi bir çox kateqoriyada satış həyata keçirilir.

  • Saxta iş təklifləri ilə bağlı
  • Saxta iş təklifləri ilə bağlı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости