Əsl Alman dəqiqliyi Prime-da

Prime Accessories mağazalar şəbəkəsi artıq öz qol saatı brendlərinin siyahısına avropalıların rəğbətini və sevgisini qazanmış, məşhur Alman brendi Zeppelini də əlavə edib. 

Zeppelin brendinin tarixi 2002-ci ildə, dünyaca məşhur alman saat istehsalçısı POINTtec-in himayəsi altına gəldiyi zaman başlayır. İxtiraçı Qraf Ferdinand fon Zeppelinin adını daşıyan və əfsanəvi Alman dirijabllarından ilhamlanan bu brendin hər bir saatı zamansız gözəlliyin və texniki incəliyin təcəssümüdür.

Zeppelin saatları Almaniyanın ən təcrübəli dizaynerləri və saat ustaları tərəfindən hazırlanır. Saatların kəmərləri 100% təbii dəridən xüsusi zövqlə dizayn edilir və hazırlanması təmamilə əl işidir. Saatlar füsunkar gözəlliyi və Alman dəqiqliyi ilə hazırlanmış dizaynı ilə göz oxşayır. Əlavə olaraq, saatlar, yüksək keyfiyyət və münasib qiymət nisbəti ilə seçilir.

Bu gün haqqında danışdığımız Zeppelin markasının saatlarını Azərbaycanda 19 mağazası olan və 22 ildən artıq fəaliyyət göstərən Prime Accessories mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.