https://news.day.az/azerinews/1567872.html İsveçrə Konfederasiyasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

İsveçrə Konfederasiyasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanca, 26 мая 2023 16:48 (UTC +04:00) 616
İsveçrə Konfederasiyasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

İsveçrə Konfederasiyasının Prezidenti Alen Berse Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Man bu fürsətdən istifadə edərək, vətəndaşlarınıza və ölkənizə xoşbəxtlik və əmin-amanlıq dolu gələcək arzulayıram.

Əminəm ki, biz gələcək illərdə ikitərəfli əlaqələrimizi daha da genişləndirə biləcəyik".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости