https://news.day.az/azerinews/1571563.html Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını 15 milyon dollardan çox artırıb

Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını 15 milyon dollardan çox artırıb

Azərbaycanca, 8 июня 2023 11:57 (UTC +04:00) 1 657
Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını 15 milyon dollardan çox artırıb

Türkiyə 2023-cü ilin yanvar-may aylarında Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,77 dəfə artaraq 80,9 milyon dollara çatdırıb.

Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

May ayında Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 91,9 faiz artıraraq 10,99 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 14,3 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 3 milyon dollar məbləğində avtomovil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 32 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 32,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости