Fransa Afrikada itirdiklərini Cənubi Qafqazda kompensasiya etməyə çalışır?

"Fransa hökuməti Afrikada itirdiyi sərvətləri Asiya və Cənubi Qafqaz üzərindən kompensasiya etməyə çalışır". 

Day.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Həftə" analitik-informasiya proqramın müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib. 

O qeyd edib ki, Cənubi Qafqaz Fransanın məkrli planlarının hədəfindədir: "Fransa hökuməti Qarabağ separatçılarını təmizə çıxarmaq, Yerəvanın Bakı ilə sülh məsələsində anlaşma ehtimallarını sıfıra endirmək üçün komandasında şahmat dili ilə desək, "qalaqurmalara" gedir. Ermənipərəstlər üçün karyera yolunu açmaqla kifayətlənməyib, mənşəcə erməni olan Giyom Kasparyanı ölkənin mənzil-tikinti naziri postuna təyin edir. Bununla da Afrikada itirdiyi sərvətləri Asiya və Cənubi Qafqaz üzərindən kompensasiya etməyə çalışır.   

Gah Azərbaycana qarşı bir neçə dəfə koalisiya cəhdlərinə gedərək Cosep Borrell, Peter Stano, Frank Pallone kimi həmfikirlərinin yardımından faydalanmağa çalışır, gah da Ermənistanın Cermux məntəqəsindən Azərbaycan ərazisinə soxulmaq istiqamətində müəyyən planlar qurur".