https://news.day.az/azerinews/1642105.html Yanvar-fevral aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 600 milyon dolları ötüb

Yanvar-fevral aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 600 milyon dolları ötüb

Azərbaycanca, 4 марта 2024 14:22 (UTC +04:00) 2 077
Yanvar-fevral aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 600 milyon dolları ötüb

2024-cü ilin yanvar-fevral aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq, 632,8 milyon dollara bərabər olub.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin fevral ayında Türkiyə 302,5 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 5,4 faiz çoxdur", - deyə nazirlikdən vurğulanıb.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2023-fevral 2024) Türkiyə 5,6 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости