https://news.day.az/azerinews/1652907.html Səbinə Əliyeva Başlıbel faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib Bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il ötür. Day.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatının "Facebook" sosial şəbəkə hesabında qeyd edilib.

Səbinə Əliyeva Başlıbel faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanca, 18 апреля 2024 10:10 (UTC +04:00) 399
Səbinə Əliyeva Başlıbel faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşım edib

Bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il ötür.

Day.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatının "Facebook" sosial şəbəkə hesabında qeyd edilib.

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıqla qətlə yetirilməsinə, onların soyqırımı cinayətinin qurbanına çevrilməsinə səbəb olub.

Bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il ötür.
İnsanlıq əleyhinə yönəlmiş bu qanlı qətliam nəticəsində beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, içərisində qadınların, uşaqların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, dini, mədəni obyektləri işğal zamanı dağıdılaraq məhv edilib.

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmiş şəxslərin dəfn olunduğu yer aşkar edilib. Kütləvi şəkildə qətlə yetirilmiş kənd sakinlərinin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və daha sonra ayrı-ayrı dəfn olunub", - deyə əlavə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости