https://news.day.az/azerinews/1653181.html 24 yaşlı oğul ailə üzvlərini öldürdü - Növbəti "Əhməd" olayı Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfər öldürülüb.Day.Az xəbər verir ki, bu barədə şəhər prokurorluğuna məlumat daxil olub.Hazırda ibtidai istintaq davam edir.04:29Day.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.Araşdırma aparılır.

24 yaşlı oğul ailə üzvlərini öldürdü - Növbəti "Əhməd" olayı

Azərbaycanca, 19 апреля 2024 09:12 (UTC +04:00) 350
24 yaşlı oğul ailə üzvlərini öldürdü

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfər öldürülüb.

Day.Az xəbər verir ki, bu barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

04:29

Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости