https://news.day.az/azerinews/1669414.html Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ Azərbaycanın yeganə regional bankı olan "Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişir. Day.Az xəbər verir ki, bu barədə ASC özü məlumat yayıb. Belə ki, "Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişərək "E-Kredit Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edib.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ

Azərbaycanca, 20 июня 2024 15:50 (UTC +04:00) 1 646
Azərbaycanda daha bir bank bağlanır

Azərbaycanın yeganə regional bankı olan "Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişir.

Day.Az xəbər verir ki, bu barədə ASC özü məlumat yayıb.

Belə ki, "Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişərək "E-Kredit Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edib.

Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi məlumata görə, "Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb. Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması "Naxçıvan Bank"ın lisenziyasının ləğv ediləcəyi demək deyil.

Qeyd edək ki, "Naxçıvan Bank" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 43 999 990 manatdır.  

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости