https://news.day.az/azerinews/1863403.html Bu 10 stansiya metroya əlavə illik 88 milyon sərnişin gətirəcək - Metropoliten RƏSMİSİ "Bu stansiyalar Bakı Metropoliteninə əlavə 88 milyon sərnişin gətirəcək". Bunu Day.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O, Bakı metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin zəruriliyindən danışıb.

Bu 10 stansiya metroya əlavə illik 88 milyon sərnişin gətirəcək - Metropoliten RƏSMİSİ

Azərbaycanca, 29 сентября 2026 13:14 (UTC +04:00) 237
Bu 10 stansiya metroya əlavə illik 88 milyon sərnişin gətirəcək

"Bu stansiyalar Bakı Metropoliteninə əlavə illik 88 milyon sərnişin gətirəcək".

Bunu Day.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O, Bakı metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin zəruriliyindən danışıb. 

B.Məmmədov bildirib ki, xəttlərin ayrılması layihəsinin zəruriliyi artıq 70-ci illərdə hiss olunmağa başlamışdı.

"Xətlərin ayrılması olmadan gələcək inkişafdan danışmaq mümkün deyil. Metro şəhərin nəqliyyat sisteminin əsas və strateji komponentlərindən biri olmaqla, şəhər həyatının fasiləsizliyinin və səmərəli hərəkətliliyinin təmin edilməsində mühüm rol oynayır.

Qarşıda 10 yeni stansiyamızın tikintisi nəzərdə tutulur. Amma həmin stansiyaları tikməklə problemi tam həll etməyəcəyik. Çünki bu stansiyalar Bakı Metropoliteninə illik əlavə 88 milyon sərnişin gətirəcək", - deyə o bildirib.

Metropoliten rəsmisi qeyd edib ki, bənövşəyi xətdən "Sahil" stansiyasına bir keçid olacaq.

"Bu gün Sahil stansiyasının bir giriş-çıxışı və pilon tipli stansiya yolu ilə bağlı məhdudiyyətləri var. Təsəvvür edin ki, bunun üzərinə əlavə 20-30 min sərnişin də gəlir. Belə olan halda vəziyyət düzəlmək əvəzinə, sistem iflic vəziyyətinə gəlir.

Bizim sərnişinlərin böyük əksəriyyəti yaşıl və qırmızı xətlər üzrə hərəkət edir. Deməli, bu xətləri ayırmadan, intervalı azaltmaq mümkün deyil", - o deyib.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости