https://news.day.az/azerinews/1863417.html FIFA prezidentinə U-15 Dünya Çempionatına hazırlıq barədə məlumat verilib - FOTO FIFA prezidenti Canni İnfantinoya Hövsan qəsəbəsində inşa olunan futbol bazası barədə ətraflı məlumat verilib. Bu barədə AFFA-nın Mətbuat xidməti məlumat yayıb.

FIFA prezidentinə U-15 Dünya Çempionatına hazırlıq barədə məlumat verilib - FOTO

Azərbaycanca, 29 сентября 2026 13:55 (UTC +04:00) 260
FIFA prezidentinə U-15 Dünya Çempionatına hazırlıq barədə məlumat verilib

FIFA prezidenti Canni İnfantinoya Hövsan qəsəbəsində inşa olunan futbol bazası barədə ətraflı məlumat verilib.

Bu barədə AFFA-nın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün FIFA-nın prezidenti Canni İnfantino tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-ya hazırlıq çərçivəsində Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində AFFA-nın prezidenti Rövşən Nəcəf və FIFA-nın prezidenti Canni İnfantino FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunlarının keçiriləcəyi Hövsan qəsəbəsində inşa olunan futbol bazasında olublar.

FIFA prezidentinə 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişatı və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası FIFA-nı və Canni İnfantinonu tam dəstəkləyir", - deyə məlumatda qeyd edilib.

  • FIFA prezidentinə U-15 Dünya Çempionatına hazırlıq barədə məlumat verilib
  • FIFA prezidentinə U-15 Dünya Çempionatına hazırlıq barədə məlumat verilib
  • FIFA prezidentinə U-15 Dünya Çempionatına hazırlıq barədə məlumat verilib
  • FIFA prezidentinə U-15 Dünya Çempionatına hazırlıq barədə məlumat verilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости