https://news.day.az/azerinews/1863379.html Bu ərazidəki evlər söküləcək - VİDEO Məhəmməd Xiyabani küçəsində ötən il sentyabrın 17-dən evlərə "X13" işarələri vurulub. Küçə boyunca 18 fərdi yaşayış evi və yol kənarındakı bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərə əvvəlcə kvadratmetrə 2700 manat kompensasiya təklif edilsə də, sonradan yaxınlıqdakı evlərin bazar qiymətinə uyğun ödəniş ediləcəyi bildirilib.

Bu ərazidəki evlər söküləcək - VİDEO

Azərbaycanca, 29 сентября 2026 11:44 (UTC +04:00) 303
Bu ərazidəki evlər söküləcək

Məhəmməd Xiyabani küçəsində ötən il sentyabrın 17-dən evlərə "X13" işarələri vurulub. Küçə boyunca 18 fərdi yaşayış evi və yol kənarındakı bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərə əvvəlcə kvadratmetrə 2700 manat kompensasiya təklif edilsə də, sonradan yaxınlıqdakı evlərin bazar qiymətinə uyğun ödəniş ediləcəyi bildirilib.

Day.Az xəbər verir ki, layihəyə əsasən, Yeni Yasamal-Məhəmməd Xiyabani küçəsi ilə Qaradağ istiqamətində yol əlaqəsi yaradılacaq.

Ərazidə tunel tipli yol ötürücüsü, dairəvi hərəkət və Qaradağ istiqamətində yan yol salınması planlaşdırılır. Məqsəd nəqliyyat axınlarını ayırmaq və xüsusilə pik saatlarda yaranan sıxlığı azaltmaqdır.

Söküntülərin nə vaxt başlayacağı ilə bağlı sakinlərə uzun müddətdir dəqiq tarix verilməyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, söküntü işlərinə bir-iki ay ərzində başlanılması, layihənin isə 2030-cu ilə qədər tam başa çatdırılması planlaşdırılır.

Ətraflı "İTV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости