https://news.day.az/azerinews/1675574.html
Sabah Suraxanıda qaz kəsiləcək
Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud, Bahar yaşayış massivləri, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sabah Suraxanıda qaz kəsiləcək

Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, iyulun 18-də saat 10:00-dan etibarən Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən orta təzyiqli qaz kəmərində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı yüksək təzyiqli magistral qaz kəməri üzərində quraşdırılmış "Qaraçuxur əhali" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud, Bahar yaşayış massivləri, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре