https://news.day.az/azerinews/1678899.html Rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən məktəblərdə boş qalan yerlərə sərbəst qəbul başlayır Məktəbəhazırlıq qruplarına elektron qəbul prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.Bu barədə Day.Az-а Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən məktəblərdə boş qalan yerlərə sərbəst qəbul başlayır

Azərbaycanca, 1 августа 2024 10:27 (UTC +04:00) 482
Rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən məktəblərdə boş qalan yerlərə sərbəst qəbul başlayır

Məktəbəhazırlıq qruplarına elektron qəbul prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.

Bu barədə Day.Az-а Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu gün saat 11:00 dan sentyabrın 13-ə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.

Qeyd edilən tarixdən sonra rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости