https://news.day.az/azerinews/1678940.html Rusiya şirkəti Azərbaycanda insulin istehsal edəcək Rusiyanın "Gerofarm" şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq.Day.Az xəbər verir ki, bu barədə Rusiyanın ticari nümayəndəsi Ruslan Mirsayapov "İzvestiya" nəşrinə müsahibəsində deyib.Onun sözlərinə görə, istehsalı bu il başlatmaq planlaşdırılır."Hazırda Azərbaycanda insulin istehsal olunmur, ölkə onu tamamilə idxal edir.

Rusiya şirkəti Azərbaycanda insulin istehsal edəcək

Azərbaycanca, 1 августа 2024 11:59 (UTC +04:00) 558
Rusiya şirkəti Azərbaycanda insulin istehsal edəcək

Rusiyanın "Gerofarm" şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq.

Day.Az xəbər verir ki, bu barədə Rusiyanın ticari nümayəndəsi Ruslan Mirsayapov "İzvestiya" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, istehsalı bu il başlatmaq planlaşdırılır.

"Hazırda Azərbaycanda insulin istehsal olunmur, ölkə onu tamamilə idxal edir. Lokallaşdırma dərman vasitələrini azərbaycanlı pasiyentlər üçün daha əlçatan edəcək", - R.Mirsayalov deyib

Daha sonra nümayəndə "Gerofarm"ın artıq Qazaxıstanda insulin istehsalı ilə məşğul olduğunu qeyd edib.

Xatırladaq ki, şirkət, həmçinin, Özbəkistanda bu cür layihə işə salmağı planlaşdırırdı. Lakin daha sonra kommersiya məsələləri ilə əlaqədar fikir ayrılıqları səbəbindən layihə dayandırıldı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости