https://news.day.az/azerinews/1678995.html
Tramp Harrisi dəri rəngindən siyasi məqsədlər üçün istifadədə ittiham edib
Demokrat namizəd Kamala Harris, əvvəllər hindli olduğunu bildirsə də, bu yaxınlarda afroamerikalıların arasında mövqe qazanmaq üçün özünü qaradərili kimi göstərməyə başlayıb.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-də prezident seçkisinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Çikaqoda Qaradərili Jurnalistlərin Milli Assosiasiyasının iclasında deyib.
"Onun qaradərili olduğunu bilmirdim. İndi o, qaradərili kimi tanınmaq istəyir. O, həmişə hindli idi... Və sonra dönüş edib qaradəriliyə çevrildi", - deyə Tramp bildirib.
Xatırladaq ki, Harrisin atası Yamaykadan olan qaradərili, anası isə Hindistandandır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре