Bakını bəzəyən bu gül zəhərlidir? - VİDEO
Son günlər bəzi insanlar Bakının yaşıllaşmasında geniş istifadə edilən və "söyüd gülü" kimi tanınan "oleandr"ın zəhərli olduğunu bildiriblər.
Xezerxeber bildirir ki, həmin gülün yarpaqları söyüd ağacına bənzəyir. İstiyə, soyuğa, susuzluğa dözümlüdür. Elə bu xüsusiyyətlərinə görə də yaşıllaşdırmada geniş istifadə olunur.
Bioloq Həsən Babayev deyir ki, bu güllər Bakıya məqsədli şəkildə gətirilib.
Alimin sözlərinə görə, dünyada, o cümlədən Azərbaycanda hələ bu güldən ölən olmayıb. O ki qaldı zəhərlənmə məsələsinə, Həsən Babayev bildirib ki, hər bir bitkinin tərkibində zərərli və zəhərli birləşmələr var. "Oleandr" da onlardan biridir. Qeyd edək ki, dünyanın müxtəlif ölkələri yaşıllaşdırmada "oleandr" bitkisindən geniş istifadə edirlər.
Daha ətraflı videomaterialda:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре