https://news.day.az/azerinews/1694367.html İran İsrailin hücumlarına qətiyyətli cavab verdi - Pezeşkian İran qanuni hüquqa əsasən və İran və regionun təhlükəsizliyi və sülhü məqsədilə İsrailin hücumlarına qətiyyətli cavab verdi. Day.Az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşımında bildirib.

İran İsrailin hücumlarına qətiyyətli cavab verdi - Pezeşkian

Azərbaycanca, 1 октября 2024 23:00 (UTC +04:00) 394
İran İsrailin hücumlarına qətiyyətli cavab verdi

İran qanuni hüquqa əsasən və İran və regionun təhlükəsizliyi və sülhü məqsədilə İsrailin hücumlarına qətiyyətli cavab verdi.

Day.Az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşımında bildirib.

İran prezidenti qeyd edib ki, bu addım İranın mənafei və vətəndaşlarının müdafiəsi istiqamətində idi.

"İran müharibə tərəfdarı deyil, lakin hər bir təhdid qarşısında qətiyyətli şəkildə dayanır. Bu, bizim gücümüzün sadəcə bir hissəsidir. İranla müharibəyə girməyin", - deyə İran prezidenti bildirib.

Qeyd edək ki, bu gün İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailə onlarla ballistik raket atdığını elan edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости