Azərbaycana 5 elektrikli təcili tibbi yardım maşını gətirilib - FOTO
Azərbaycana 5 elektrikli təcili tibbi yardım maşını gətirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29-da tibbi xidmətin təşkilinə dair görülən işlərlə bağlı mətbuat konfransında məlumat verilib.
O qeyd edib ki, həmin ambulanslar COP29 konfransı zamanı istifadə ediləcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
COP29-a bağlı bu metrostansiyalarda dəyişiklik ediləcək - RƏSMİ - ƏTRAFLI BURADA
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре