https://news.day.az/azerinews/1711414.html Sürücülərin nəzərinə - Bu prospektdə dəyişiklik var - VİDEO Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Sürücülərin nəzərinə - Bu prospektdə dəyişiklik var - VİDEO

Azərbaycanca, 29 ноября 2024 10:48 (UTC +04:00) 501
Sürücülərin nəzərinə

Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Day.Az-a bildirilib ki, prospektdə piyada və sürücülərin təhlükəsizliyi məqsədilə yeni svetoforlar quraşdırılıb.

Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində piyada və sürücülərin təhlükəsizliyi məqsədilə yeni svetoforlar quraşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 8 Noyabr prospektinin müxtəlif hissələrində ümumilikdə 70 avtomobil, 48 piyada svetoforları quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости