https://news.day.az/azerinews/1711603.html
Bu agentlik yarım milyon manatlıq avtomobillər alır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xidməti avtomobillər alır. Day.Az xəbər verir ki, Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı agentlik hazırlıqlara başlayıb.
Bu agentlik yarım milyon manatlıq avtomobillər alır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xidməti avtomobillər alır.
Day.Az xəbər verir ki, Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı agentlik hazırlıqlara başlayıb.
Məlumata görə, satın alınacaq 14 ədəd sedan tipli xidməti minik avtomobilləri Sosial Xidmətlər Agentliyinin Aparatı və sosial xidmət müəssisələri üçün nəzərdə tutulub. Avtomobillərin istehsal ilinin 2023-cü il olması isə əsas şərtlərdəndir.
Agentliyə avtomobilləri "TOYOTA ABSHERON MERKEZI" Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil verəcək. Bunun müqabilində şirkətə 567 000 manat ödəniləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре