https://news.day.az/azerinews/1727197.html Ankarada yol qəzası - xəsarət alanlar var Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət alıb. Day.Az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb. Məlumata görə, qəza Elmadağ ərazisində baş verib. İki avtomobil aşıb, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ankarada yol qəzası - xəsarət alanlar var

Azərbaycanca, 2 февраля 2025 10:50 (UTC +04:00) 885
Ankarada yol qəzası

Türkiyənin paytaxtı Ankaranın Elmadağ rayonunda iki avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət alıb.

Day.Az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məlumata görə, qəza Elmadağ ərazisində baş verib. İki avtomobil aşıb, nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Toqquşmadan sonra deformasiyaya uğramış avtomobillərdə sıxışıb qalan yaralılar xilasedicilər tərəfindən çıxarılaraq tibb işçilərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости