Türkiyə Qəzzada azad edilmiş fələstinli məhbusları qəbul etməyə hazırdır

Türkiyə Qəzzada azad edilmiş fələstinli məhbusları öz ərazisində qəbul etməyə hazır olduğunu açıqlayıb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan, Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə Dohada keçirilən danışıqların yekununda məlumat verib.

Fidan bildirib ki, Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərindən biri fələstinli məhbusların azad edildikdən sonra Fələstin torpaqlarında qalmamasını nəzərdə tutur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da digər ölkələrlə birlikdə azad edilmiş fələstinliləri qəbul etməyə hazır olduqlarını ifadə edib. Hakan Fidanın sözlərinə görə, bu sazişin həyata keçirilməsində digər ölkələr də öz töhfələrini verəcək.