https://news.day.az/azerinews/1730919.html Sabunçuda avtomobil işıqfora çırpıldı - ANBAAN GÖRÜNTÜ Sabunçuda baş vermiş qəza nəticəsində işıqfor yararsız hala düşüb. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Sabunçuda avtomobil işıqfora çırpıldı - ANBAAN GÖRÜNTÜ

Azərbaycanca, 17 февраля 2025 16:42 (UTC +04:00) 984
Sabunçuda avtomobil işıqfora çırpıldı

Sabunçuda baş vermiş qəza nəticəsində işıqfor yararsız hala düşüb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisələri təkcə ölüm və xəsarətlə, maddi zərərlə nəticələnmir, həm də digər yol hərəkəti iştirakçılarını yollarda təhlükə ilə üz-üzə qalmasına səbəb olur.

Ətraflı

"Ötən gün axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivinə giriş hissədə baş verən qəza nəticəsində nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

Mərkəzin əməkdaşları tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür", - məlumatda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости