https://news.day.az/azerinews/1748710.html “İçərişəhər” ərazisində avtomobili sürətlə sürən şəxsin əraziyə girişi qadağan edilib Sosial şəbəkələrdə yayılan, "İçərişəhər" ərazisində qeydə alınan məsuliyyətsiz sürücülük davranışı ilə bağlı görüntülər dərhal "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarətinə götürülüb. Bu barədə Day.Az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

“İçərişəhər” ərazisində avtomobili sürətlə sürən şəxsin əraziyə girişi qadağan edilib

Azərbaycanca, 29 апреля 2025 12:51 (UTC +04:00) 762
“İçərişəhər” ərazisində avtomobili sürətlə sürən şəxsin əraziyə girişi qadağan edilib

Sosial şəbəkələrdə yayılan, "İçərişəhər" ərazisində qeydə alınan məsuliyyətsiz sürücülük davranışı ilə bağlı görüntülər dərhal "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarətinə götürülüb.

Bu barədə Day.Az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

"İctimai narahatlıq doğuran bu məsələ ilə bağlı operativ reaksiya göstərilib, hadisənin bütün detalları araşdırılıb və qeyd olunan sürücünün İçərişəhər ərazisinə girişinə qadağa qoyulub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq bildirmək istəyirik ki, ərazidə piyadaların, xüsusən də uşaqların təhlükəsizliyi bizim üçün prioritet məsələdir. Qoruq ərazisində təhlükəsizlik qaydalarına əməl etməyən, ictimai qaydanı pozan və mədəni davranış sərgiləməyən heç bir şəxsə güzəşt edilməyəcək. Vətəndaşlarımızdan xahiş edirik ki, bu cür hallarla rastlaşdıqda aidiyyəti qurumlara və ya rəsmi səhifələrimizə məlumat versinlər", - İdarədən bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости